четверг, 1 июля 2010 г.

Azerica "Novruz " haqinda melumat.Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Qədim Vavilona`da bu bayram Nisanın (mart, aprel) 21-ci günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz Əyləncələri mövcud idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz Bayramı b.e.ə. 505-ci ildə yaranmışdır.Elmi araşdırmalar NOVRUZ bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.Dörd Novruzağzı İlaxır çərşənbəsi və Novruz bayramı — öz-özlüyündə ulu babalarımızın iki başlanğıc — ulu Su və ulu Od, onların törəməsi Yel-Hava və Yer-Torpağın pərəstişinə söykənən ən qədim ümumxalq şənliyidir.